BURADA REKLAMINIZ OLA
BİLƏR

SON DƏQİQƏ: Qarabağdakı qanunsuz erməni silahlı dəstələri mövqelərdən çıxarılır - POSTLARI BOŞALDILIR VƏ PARTLADILIR

Qanunsuz erməni silahlı dəstələrinin mövqelərdən çıxarılmasına start verilib.

 

Məlumata görə, Ağdərə istiqamətində erməni tərəfinin postları boşaldılır, Rusiya sülhməramlıları tərəfindən partladılır, Azərbaycan tərəfindən isə buldozerlərlə həmin partladılmış məntəqələr doldurulur.

 

Məlumatda bildirilir ki, erməni tərəfinin postlarının 10-da 9-u boşaldılıb. Mövqelərdə isə Rusiya sülhməramlı qüvvələri yerləşir.

 

Prosesin davam edəcəyi, Ağdərə, Ağdam istiqamətindən sonra Xocavənd istiqamətində də postlar boşaldılıb, partladılıb, yerləri doldurulacağı bildirilir. Beləcə bu proses mərhələli şəkildə sona qədər davam edəcək.

 

yenicag.az

Tarix: 26 Sentyabr 2021, 16:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin