BURADA REKLAMINIZ OLA
BİLƏR

“Eyni maşında yol gələn şəxslərə kabinetdə oturmağı qadağan etmək hansı beynin məhsuludur?!”

“Kafe və restoranlarda tələb olunan "kovid pasport" məsələsinin çox absurd və məntiqsiz tərəfləri var. Quba-Xaçmaz bölgəsində görüşdən qayıdarkən yolda nahar etmək üçün bir restoranda saxladıq. Üç nəfər idik, birində "kovid pasport" yox idi, restoran işçisi dedi ki, kabinetdə oturmaq olmaz, ancaq açıq havada mümkündür, hava da soyuq idi. İşçidə günah yoxdur, təməlində məntiq olmayan Nazirlər Kabinetinin yaratdığı Operativ Qərargahdadır günah: Hər bir qərarın öz məntiqi olmalıdır, kafe və restoranlarda ümumi istifadə üçün olan zallarda "kovid-pasport" istəyə bilərsiz, amma 3 saatdır eyni maşında yol gələn və ayrıca, heç bir kənar şəxslərin olmadığı kabinetlərdə oturmağı qadağan etmək hansı məntiqin, hansı beynin məhsuludur?!”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

 

“Məsələn, eyni ailədən olanlardan tək birində "kovid-pasport" yoxdursa, onlar niyə kabinetdə yemək yeyə bilməzlər?! Xub, ümumi zala buraxma, toya buraxma, çox sayda insanın eyni anda olan məkanlara buraxma, bunu anladıq, amma ayrıca kabinetə eyni maşında gələn, və ya, eyni ailədə yaşayanları niyə buraxmırsız ki?! Bunun izahı nədir?! Bunun virusla mübarizəyə nə dəxli var?! Nədən zatən zülm çəkən xidmət sektorunu çökdürürsüz ki?! Bakıda və regionlarda ayrıca kabinetləri olan minlərlə restoranlar, kafelər var, onlar müştərilərdən niyə məhrum olmalıdırlar?! Həm də deyirlər ki, vaksinləşmə virusdan qorumur, vaksinləşən insan da yoluxa, yoluxdura bilər, simptompsuz daşıyıcı ola bilər, yaxşı, bunu elm deyirsə o "kovid pasportun" nə önəmi var?! Bir daha: Qapalı və ümümi istifadə üçün olan məkanlarda istəyin o kağızı, amma ayrıca kabinetlərdə bu qərar uyğulaması məntiqsiz və mənasızdır...” – N.Cəfərli qeyd edib.

Tarix: 26 Sentyabr 2021, 16:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin