BURADA REKLAMINIZ OLA
BİLƏR

Məşhur tikinti şirkətini məhkəməyə verdilər - 6,2 milyon manat borcu var…

İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ölkənin aparıcı tikinti şirkətlərindən olan “Evrostroy-S.S” MMC-yə qarşı qaldırdığı məhkəmə iddiasına bu gün Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

 

Pravda.az xəbər verir ki, məhkəmə iclası hakim Raqib Qurbanovun sədrliyilə keçiriləcək.

 

Dövlət Vergi Xidmətinin “Evrostroy-S.S” MMC-yə qarşı hansı səbəbdən məhkəmə iddiası qaldırıldığı açıqlanmayıb. Lakin, ehtimal etmək olar ki, məhkəmə iddiası şirkətin vergi borcu ilə bağlıdır.

 

Dövlət Vergi Xidmətinin açıqladığı məlumata görə “Evrostroy-S.S” MMC-nin hazırda dövlət büdcəsinə 6 milyon 189 min 708 manat 52 qəpik vergi borcu var.

 

Məlumat üçün bildirək ki, bugünə kimi mətbuatda “Evrostroy-S.S” MMC ilə bağlı çoxsaylı qalmaqallı xəbərlər yayılıb. “Evrostroy-S.S” MMC-nin adı Prezident Administrasiyasına barəsində ən çox şikayət edilən tikinti şirkətlərinin arasında da yer alıb.

 

Yeniavaz

Tarix: 26 Sentyabr 2021, 17:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin