BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabah Bakıya yağış yağacaq

Azərbaycanda sentyabrın 28-də  gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 15-18° isti, gündüz 20-22° isti, Bakıda gecə 15-17° isti, gündüz 20-22° isti olacaq.

 

Atmosfer təzyiqi  761 mm  civə  sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət  60-70 % olacaq.

 

Tibbi-meteoroloji proqnoz: Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

Azərbaycanın rayonlarında: bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.  Əsasən şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Səhər dağlarda duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15°  isti, gündüz 20-25° isti, dağlarda gecə 4-8° isti, gündüz  8-13° isti olacaq.

Tarix: 27 Sentyabr 2021, 13:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin