“Adətən, müxtəlif şayiələrin arxasında reallığı bir neçə faiz əks etdirən məqamlar olur. Dünən doğrudan da, bəzi “Telegram” kanalları və sosial şəbəkələrdəki ayrı-ayrı səhifələr tərəfindən Ağdərə, Xocalı və Xocavəndin rus sülhməramlıları tərəfindən Azərbaycana təhvil veriləcəyi ilə bağlı xəritələr paylaşılmışdı və bu məlumatın guya 27 sentyabrda elan olunacağı qeyd edilirdi. RBK telekanalında bu xəritənin yayılması ilə “Google”-da araşdırma aparsam da, heç bir nəticə tapa bilmədim.”
Bu sözləri Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi analitik Zaur Məmmədov deyib:
“Ümumilikdə təbii ki, hər kəsin məlum istəkləri var, amma yaxşı olardı ki, bu kimi məlumatlar paylaşılarkən ilk növbədə rəsmi qurumlara istinad edilsin və həqiqi məlumatlar paylaşılsın. Biz düz bir il əvvəl 27 sentyabr tarixində başlayan müharibə çərçivəsində rəsmi məlumatların informasiya xəbərlərində nə qədər vacib olduğunu görmüş olduq. Bu fake (yalan-red.) xəbərlərdən qorunmaq üçün, yaxşı olardı ki, müxtəlif saytlar və kanallar əmin olduqları mövzuda statuslar paylaşsın.”
Politoloq hesab edir ki, reallıq bundan ibarətdir ki, son zamanlar yayılan məlumatlarda Ağdərə istiqamətində ermənilər bəzi nöqtə və məntəqlərdən çıxaraq, oraları sülhməramlılara təhvil verirlər:
“Hətta silahların, hərbi poliqonların, postların yandırılması ilə bağlı videolar da paylaşılmışdı. Bu məlumatların mənbəyi isə erməni “Telegram” kanalları idi ki, onlar da yeri gəlmişkən, Rusiya MN-nin rəsmi xəritələrinə istinad edərək, son günlər xəritələrin Azərbaycanın lehinə dəyişməsi ilə bağlı məlumatlar verirdilər, lakin bunun arxasında nə sülhməramlılar, nə də ki, rəsmi Ermənistan tərəfindən heç bir şərhlərin verilməsinə şahidlik etmədik. Geci-tezi hər kəs bilir ki, bütün bölgələrdə Azərbaycan bayrağı mütləq şəkildə qaldırılacaq. Hazırda Ermənistan-Rusiya-Azərbaycan arasında çox vacib məsələlər arasında danışıqlar davam etməkdədir. Bizim üçün isə prioritet məsələ, iki ölkə arasında sülh müavailəsinin imzalanması və Ermənistanın de-yure və de-fakto Azərbaycan sərhədlərini tanımasıdır ki, bundan sonra biz artıq ikinci hədəfimizə - Qarabağın dağlıq hissəsi ilə bağlı olan hədəfimizə istiqamətlənəcəyik.” – deyə mütəxəssis fikirlərini tamamlayıb.
Yenisabah.az
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
22 Oktyabr 09:30
22 Oktyabr 09:21
22 Oktyabr 08:47
22 Oktyabr 08:45
22 Oktyabr 08:35
22 Oktyabr 08:29
22 Oktyabr 08:25
22 Oktyabr 08:20
22 Oktyabr 08:16
22 Oktyabr 08:09
22 Oktyabr 08:03
22 Oktyabr 08:00
22 Oktyabr 07:47
22 Oktyabr 06:42
22 Oktyabr 06:40
22 Oktyabr 03:59
21 Oktyabr 23:41
21 Oktyabr 21:58
21 Oktyabr 21:29
21 Oktyabr 21:27
21 Oktyabr 20:48
21 Oktyabr 19:58
21 Oktyabr 19:57
21 Oktyabr 19:43
21 Oktyabr 19:01
21 Oktyabr 18:59
21 Oktyabr 18:55
21 Oktyabr 18:49
21 Oktyabr 18:45
21 Oktyabr 18:43
Ən son xəbərləri səhifəmizdən də izləyin