BURADA REKLAMINIZ OLA
BİLƏR

3 erməni hərbçinin meyitini Şuşada qarşı tərəfə verdi

Azərbaycan 44 günlük müharibədə ölmüş daha 3 erməni hərbçinin qalıqlarını qarşı tərəfə verib.

Pravda.az-ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, meyitlər sentyabrın 28-də Şuşada verilib.

Meyitləri verilən hərbçilərin kimliyi məhkəmə-tibbi ekspertizadan sonra məlum olacaq.

Qeyd edək ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində indiyədək 1673 erməni hərbçinin meyiti və meyitinin qalıqları tapılıb.

Tarix: 28 Sentyabr 2021, 23:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin