BURADA REKLAMINIZ OLA
BİLƏR

Cəbrayılda daha 4 erməni hərbçinin qalıqları tapıldı

İşğaldan azad olunmuş Cəbrayıl rayonunda daha 4 erməni hərbçinin qalıqları aşkar olunub.

Pravda.az-ın xəbərinə görə, bu barədə “Sputnik Armenia” saytı məlumat yayıb.

Hərbçilərin şəxsiyyəti Ermənistanda keçiriləcək məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcək.

Bununla da işğaldan azad olunmuş ərazilərdə aparılan axtarış əməliyyatları zamanı ümumilikdə 1677 erməni hərbçinin cəsədi və ya qalıqları tapılıb.

Tarix: 29 Sentyabr 2021, 18:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin