BURADA REKLAMINIZ OLA
BİLƏR

İlham Əliyev Cəbrayılda akademik Mehdi Mehdizadə adına tam orta məktəbin təməlini qoydu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Cəbrayıl şəhərində akademik Mehdi Mehdizadə adına tam orta məktəbin təməlqoyma mərasimində iştirak edib.

 

Pravda.az-ın xəbərinə görə, dövlət başçısına məktəbdə yaradılan şərait barədə məlumat verilib.

 

Bildirildi ki, 960 şagirdin təhsil alacağı yeni məktəb binasında hər cür inventarla təchiz olunmuş sinif otaqları, fənn kabinetləri fəaliyyət göstərəcək. Məktəbin həyətində geniş idman meydançası tikiləcək ki, bu da sağlam nəslin yetişməsi üçün vacib amillərdəndir. Bir sözlə, doğma torpaqlarına geri dönən cəbrayıllı şagirdlər ən müasir tələblərə cavab verən təhsil ocağında oxuyacaqlar. 145 yaşlı bu tam orta məktəblə yanaşı, Cəbrayıl şəhərində daha 3 məktəbin tikilməsi də nəzərdə tutulur.

 

Qeyd edək ki, məktəb 1876-cı ildə tikilib istifadəyə verilmişdi.

 

Prezident İlham Əliyev məktəbin təməlini qoyub.

 

 

 


Tarix: 5 Oktyabr 2021, 11:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin