BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanlı rejissor Moskvada “ilin adamı” mükafatını aldı

Moskvada  STMEQİ Beynəlxalq Xeyriyyə Fondu tərəfindən təsis edilmiş Sergey Vaynşteyn adına “İlin adamı” mükafatının təqdimetmə mərasimi keçirilib.

 

Pravda.az-ın məlumatına görə, sözügedən mükafatın laureatları arasında azərbaycanlı kinorejissor Rüfət Əsədov da olub. O bu mükafata Azərbaycan-yəhudi münasibətlərinin inkişafına, dağ yəhudilərinin tarixinin və mədəniyyətinin qorunub saxlanılması və inkişafına görə layiq görülüb.

 

R. Əsədov  dağ yəhudiləri haqda 3 sənədli filmin ( “Quba yəhudiləri”, “Kənddə sonuncu yəhudi”, və “Peyğəmbər Yereminin göz yaşları”)  müəllifidir.  Bu filmlər dəfələrlə İsraildə, Avropada və ABŞ-da müxtəlif kinofestivallarda və tədbirlərdə nümayiş etdirilib, ölkəmizə nüfuzlu mükafatlar gətirib.

 

Qeyd edək ki, sözügedən mükafatın təqdimatı  Dağ-Yəhudi icması üçün ilin ən vacib hadisələrindən biri hesab edilir. Mükafat  2015-ci ildə təsis edilib və  indiyə qədər Dağ-Yəhudi mədəniyyətinin, tarixinin, dilinin və adət-ənənələrinin inkişafında və qorunmasında əvəzsiz xidmətlər göstərmiş bir çox tanınmış şəxsə verilib.

Fotoları təqdim edirik
Tarix: 20 Noyabr 2019, 12:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin