BURADA REKLAMINIZ OLA
BİLƏR

Füzuli Hava Limanına beynəlxalq status verildi - SƏRƏNCAM

Füzuli Hava Limanına beynəlxalq status verilib.


Pravda.az-ın məlumatına görə, bu barədə Baş nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.


Sərəncama əsasən, Füzuli rayonunda tikintisi başa çatdırılmış beynəlxalq uçuşları yerinə yetirmək üçün müvafiq standartlara cavab verən Füzuli Hava Limanına beynəlxalq status verilib.

 


Xarici İşlər Nazirliyinə tapşırılıb ki, Füzuli Hava Limanına beynəlxalq status verilməsi barədə müvafiq beynəlxalq təşkilatlara məlumat göndərsin.

Tarix: 16 Oktyabr 2021, 12:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin