BURADA REKLAMINIZ OLA
BİLƏR

Tərtərdə “Smerç”lə dağıdılan ev açıq havada muzey kimi saxlanılacaq

Diplomatik korpus nümayəndələri ötən il Tərtərdə Ermənistan silahlı qüvvələri tərəfindən atılan “Smerç” raketi ilə dağıdılan evdə olublar.

 

Pravda.az-ın məlumatına görə, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Rayonun bildirib ki, rayonda 40 yaşayış məntəqəsi zərər görüb, 58 fərdi yaşayış evi, 2 ictimai obyekt tamamilə dağıdılıb.

 

Dağıdılan evin sahibi, Kəlbəcərin Susuzluq kəndindən olan məcburi köçkün evinin ötən olin oktyabrında dağıdıldığını deyib.

 

İcra başçısı bu evin sahibinin yeni evlə təmin olunduğunu deyərək, dağıdılan evin isə açıq havada muzey kimi saxlanılacağını vurğulayıb.

 

 

 

Tarix: 16 Oktyabr 2021, 15:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin