BURADA REKLAMINIZ OLA
BİLƏR

"Qaz limiti ilə bağlı qərarın iyuldan əvvəlki dövrə tətbiqi qanunsuzdur" - Vəkil

"Qaz limiti ilə bağlı qərarın iyuldan əvvəlki dövrə tətbiqi qanunsuzdur. Azərbaycanda təbii qazdan istifadəyə görə tətbiq edilən illik 2200 kub güzəştli limitin 1200 kuba endirilməsi ilə bağlı qərar 2021-ci il iyul ayının 1-dən qüvvəyə minsə də, 1200 kubluq istifadə üçün müddət ilin əvvəlindən hesablanıb.
Bu səbəbdən də, iyulun 1-dək 1200 kub qaz istifadə edən abonentlər avtomatik olaraq qaz üçün limiti keçmiş sayılır və ikiqat qaz pulu ödəmək məcburiyyətindədir. Belə çıxır ki, iyulun 1-də verilən qərarın geriyə qüvvəsi şamil edilib".

Pravda.az-ın xəbərinə görə, bunu vəkil Rəşad Vaqifoğlu bildirib.

R.Vaqifoğlu qeyd edib ki, normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsi ilə tənzimlənir: "Belə ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir".

Tarix: 17 Oktyabr 2021, 15:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin