BURADA REKLAMINIZ OLA
BİLƏR

“Real” qələbə qazandı

İspaniya La Liqasında X tur davam edir.

 

Pravda.az-ın məlumatına görə, mərkəzi oyunda “Barselona” ilə “Real” üz-üzə gəlib.

 

Tarixin 247-ci “El Klasiko”su “Nou Kamp”da baş tutub. Qarşılaşmanı “Real” aktivinə yazıb. Əvvəlcə David Alaba 32-ci dəqiqədə hesabı açıb. 90+4-cü dəqiqədə isə Lukas Vaskes fərqi artırıb. Serxio Aqueorunun 90+7-ci dəqiqədəki qolu isə təsəlli topu olub. Səfərdə əzəli rəqibini 2:1 hesabı ilə üstələyən “kral klubu” “El Klasiko”larda ümumi qələbə sayını 99-a çatdırıb.

 

Bununla aktivindəki xalların sayını 20-yə çatdıran Karlo Ançelottinin yetirmələri turnir cədvəlində liderliyə yüksəlib. “Barselona” isə 15 xalla 8-ci yerdə qərarlaşıb.

Tarix: 24 Oktyabr 2021, 20:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin