BURADA REKLAMINIZ OLA
BİLƏR

Hava şəraiti ilə bağlı mühüm açıqlama

Azərbaycanda qeyri-sabit hava şəraitinin stabilləşəcəyi vaxt açıqlanıb.

 

Pravda.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva açıqlama verib.

 

Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında gün ərzində yağış müşahidə ediləcək:

 

“Axşama doğru həm külək, həm də yağışın tədricən kəsiləcəyi gözlənilir”.

 

“Oktyabrın 27-si səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti tədricən stabilləşəcək və növbəti iki gün ərzində əsasən yağmursuz, mülayim hava şəraiti müşahidə olunacaq və temperatur tədricən yüksələcək”, - deyə U.Tağıyeva əlavə edib

 

oxu.az

Tarix: 26 Oktyabr 2021, 12:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin