BURADA REKLAMINIZ OLA
BİLƏR

Zəngilanda Ərdoğanı Prezident İlham Əliyev qarşıladı - YENİLƏNDİ - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 26-da Zəngilanın Ağalı kəndində rəsmi qarşılanma mərasimi olub.


Pravda.az-ın xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.


Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb. 


Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verib.


Türkiyə Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib.


Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.
 

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
 

Türkiyə nümayəndə heyəti Azərbaycan Prezidentinə, Azərbaycan nümayəndə heyəti Türkiyə Prezidentinə təqdim olunub.


Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından keçib.
 

Hər iki ölkənin nümayəndə heyətləri dövlət başçılarına təqdim edilib.


***

 

16:47

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan rayonuna səfəri başlayıb.
 

Pravda.az-ın xəbərinə görə, rayonda dövlət başçısının rəsmi qarşılanma mərasimi keçirilir.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

 

 
 
 


Tarix: 26 Oktyabr 2021, 17:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin