BURADA REKLAMINIZ OLA
BİLƏR

Ronaldo beşinci dəfə ata olacaq

“Mançester Yunayted”in oyunçusu Kriştiano Ronaldo 5-ci dəfə ata olacaq.


Pravda.az xəbər verir ki, bu barədə Ronaldo vətəndaş nikahında yaşadığı həyat yoldaşı Corcina Rodriqezlə birlikdə rəsmi İnstaqram səhifəsində məlumat verib. Cütlüyün əkiz övladı doğulacaq. “Hola” nəşrinin məlumatına görə, Corcina hamiləliyinin 12-ci həftəsindədir. 


Qeyd edək ki, 36 yaşlı futbolçunun Kriştiano adlı 11 yaşlı oğlu, Yeva və Mateo adlı əkiz övladı, Alana Martina adlı 4 yaşlı qızı var. Alana Ronaldo ilə Corcinanın ilk birgə övladıdır. Futbolçunun digər uşaqlarını surroqat ana dünyaya gətirib. 

 

Tarix: 28 Oktyabr 2021, 19:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin