BURADA REKLAMINIZ OLA
BİLƏR

Şuşa qışa tam hazırdır

Şuşa şəhərinin istilik sistemi qışa tam hazırdır.

 

Pravda.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndə Aydın Kərimov “Twitter” hesabından etdiyi paylaşımında bildirib.

 

“Energetika naziri Pərviz Şahbazovla Şuşanın qış fəslinə hazırlığı çərçivəsində "Azəristiliktəchizat”ın istilik qazanxanalarına baxış keçirdik. Cənab Prezidentin müvafiq tapşırıqlarına uyğun olaraq, şəhərin əsas bina və obyektlərinin istiliklə təmin olunması həyata keçiriləcək”, - deyə A. Kərimov qeyd edib.

Tarix: 29 Oktyabr 2021, 11:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin