BURADA REKLAMINIZ OLA
BİLƏR

Polşa mediası Mahirin gecə klubunda görüntüsünü yaydı

Azərbaycan millisinin hücumçusu, Polşanın “Legiya” klubunda çıxış edən Mahir Emrelinin spirtli içki ilə görüntüləri yayımlanıb.


Pravda.az xəbər verir ki, fotonu Arek adlı azarkeş tvitter hesabında paylaşıb.

Bildirilib ki, Emreli komanda yoldaşı Abu Hanna ilə birlikdə gecə klubunda olub və foto avqust ayında çəkilib.

Qeyd edək ki, “Legiya”nın sabiq futbolçusu Voytsex Kovalçik Mahir Emreli və bir neçə futbolçunu spirtli içkilər qəbul etməkdə və məşqlərə gecikməkdə qınayıb. Buna görə də Varşava klubu sabiq futbolçusunu məhkəməyə verib. 

Qafqazinfo

Tarix: 29 Oktyabr 2021, 14:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin