BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyənin Cümhuriyyət Günü Qarabağda Azərbaycan hərbçilərinin iştirakı ilə qeyd edildi

Türkiyənin Cümhuriyyət Günü Qarabağdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzində Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin iştirakı ilə qeyd edilib.

 

Pravda.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi özünün tviterdəki hesabında məlumat yayıb.

 

“Qarabağdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzində 29 oktyabr Türkiyənin Cümhuriyyəti Günü münasibətilə Azərbaycan və Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin iştirakı ilə bayram mərasimi keçirilib”, - Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Tarix: 29 Oktyabr 2021, 23:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin