BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabah qar yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 31-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, əsasən səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

 

Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-12° isti, gündüz 15-17° isti olacaq.Bakıda gecə 10-12° isti, gündüz 15-17° isti olacaq.

 

Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunundan 771 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

 

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 6-11° isti, gündüz 13-18° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

Tarix: 30 Oktyabr 2021, 11:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin