BURADA REKLAMINIZ OLA
BİLƏR

Yeni vitse-prezidentlər kimlərdir?

Azərbaycan Cüdo Federasiyasında (ACF) rəhbərliyində dəyişiklik olub.

 

Pravda.az-ın məlumatına görə, Azərbaycan Cüdo Federasiyasının hesabat-seçki konfransında yeni prezidentlə yanaşı, yeni vitse-prezidentlər formalaşıb.

 

Yenidən formalaşan ACF-də vitse-prezident vəzifəsini Rövşən Rüstəmov tutacaq. Həmçinin Elnur Məmmədli yenidən eyni vəzifədə - vitse-prezident kimi işini davam etdirəcək.

 

Qeyd edək ki, bu gün keçirilən konfransda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ACF-nin prezidenti seçilib. O, bu postda Rövnəq Abdullayevi əvəzləyib.

 

Daha öncə vitse-prezident kimi Mikayıl İsmayılov, Sadıq Sadıqov və Elnur Məmmədli fəaliyyət göstərib. Baş katib isə Elmar Babanlı olub.

Tarix: 1 Noyabr 2021, 17:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin