BURADA REKLAMINIZ OLA
BİLƏR

Gömrük güzəştlərin tətbiqi ilə bağlı İZAH

Nazirlər Kabineti vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması qaydasını təsdiq edən qərarın izahını verib.

 

Nazirlər Kabinetinin Mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, son 15 ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş büdcə-vergi siyasətinin əsas prioritet istiqamətləri qeyri-neft sektorunun dinamik inkişafı və həmin sektordan daxilolmaların büdcə gəlirlərində xüsusi çəkisinin artırılması olmuşdur. Bu məqsədlə qeyri-neft sektoruna investisiya qoyuluşunun təşviqi, ixrac yönümlü istehsalın stimullaşdırılması və daxili bazarın qorunması məqsədilə həyata keçirilən tədbirlər nəticəsində vergi və gömrük sahəsində bir sıra güzəşt və azadolmalar müəyyən edilmişdir.

 

Qərarda

 

- vergi və gömrük sahəsində güzəşt və azadolmaların müəyyən edilməsi meyarlarına,

 

- güzəştlər üzrə büdcə itkilərinin hesablanması metodologiyasına,

 

- güzəştlərin büdcə gəlirlərinə təsirinin qiymətləndirilməsinə

 

- və güzəştlərlə bağlı məlumatlara dair mərkəzləşdirilmiş reyestrin aparılmasına dair tənzimləmələr nəzərdə tutulmuşdur.

 

Təklif edilən metodologiyaya görə güzəştlərin verilməsi

 

- büdcə itkilərinin hesablanması,

 

- ölkənin iqtisadi və sosial inkişafı üzrə makroiqtisadi proqnoz göstəriciləri,

 

- statistik məlumatlar,

 

- güzəşt tətbiq olunan vergi və mülkiyyət növü,

 

- vergi ödəyicilərinin bəyannamələri əsasında güzəşt verilən vergitutma bazası,

 

- idxal-ixrac əməliyyatları,

 

- dövlət gəlirlərinin proqnozlaşdırılması üzrə hesablamalar və digər əlaqəli məlumatlar əsasında həyata keçiriləcək.

Tarix: 10 Fevral 2020, 21:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin