BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan güləşçisi dünya çempionu olub

 Azərbaycan güləşçisi Əliabbas Rzazadə dünya çempionu tituluna yiyələnib.

 

Pravda.az-ın məlumatına görə, sərbəst güləş üzrə millimizin üzvü Serbiyanın paytaxtı Belqradda keçirilən 23 yaşadək idmançıların yarışında qızıl medala yiyələnib.

 

57 kq çəkidə xalçaya çıxan Rzazadə finalda Bekbolot Mirzənəzər Uulunu (Qırğızıstan) 7:6 hesabı ilə məğlub edib.

 

Digər güləşçimiz Zirəddin Bayramov (65 kq) isə bürünc medal görüşündə Stilyan İliyevə (Bolqarıstan) 10:0 hesabı ilə qalib gəlib.

Tarix: 6 Noyabr 2021, 22:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin