BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə qəbul prosesinin vaxtı uzadıldı

Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbulu prosesinin vaxtı uzadılıb.

 

Bu barədə Müdafiə Nazirliyindən məlumata verilib.

 

Bildirilib ki, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər hərbi birliklərin, qoşun növlərinin, hərbi hissələrin qərargahlarında, eləcə də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.

 

Tarix: 8 Noyabr 2021, 14:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin