BURADA REKLAMINIZ OLA
BİLƏR

Canni de Byazi ilə bağlı qərar veriləcək

Azərbaycan milli komandasının baş məşqçisi Canni de Byazinin taleyinə AFFA aydınlıq gətirəcək.

 

Pravda.az-ın məlumatına görə, bunu italiyalı mütəxəssisin özü açıqlayıb.

 

De Byazi DÇ-2022-nin Lüksemburqla seçmə oyunundan (1:3) sonra keçirilən mətbuat konfransında gələcəyi ilə bağlı suala aydınlıq gətirib: “Belə bir matçdan sonra bu barədə danışmağın mənası yoxdur. Noyabrın 30-na kimi müqaviləm var. Menecerimlə söhbət olacaq, axırda AFFA rəhbərliyi qərarını verəcək”.

Tarix: 12 Noyabr 2021, 00:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin