BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan millisi uduzdu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.

 

Pravda.az-ın məlumatına görə, Milan Obradoviçin yetirmələri AVRO-2023-ün seçmə mərhələsində Avstriya ilə qarşılaşıb.

 

Tsikldə 5-ci matçına yığmamız bu dəfə də azarkeşlərini məyus edib. Avstriyada 0:6 hesabı ilə uduzduğu rəqibdən revanş almaq arzusunda olan milli ilk hissənin sonlarında məğlub duruma düşüb.

 

İkinci hissə daha uğursuz alınıb. Matçın sonlarında qonaqlar daha iki qol vurub. Bununla da seçmə mərhələdə dördüncü dəfə uduzan milli yenə böyükhesablı məğlubiyyət alıb.

 

Qeyd edək ki, qrupumuzda Xorvatiya – Estoniya oyunu (2:0) dünən keçirilib. Bu gün isə Norveç Finlandiyanı qəbul edir.

Tarix: 12 Noyabr 2021, 22:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin