BURADA REKLAMINIZ OLA
BİLƏR

Xankəndi-Laçın yolu bağlandı

Xankəndi-Laçın avtomagistralı ermənilərin törətdiyi təxribat nəticəsində qapadılıb.

 

Pravda.az Ermənistan mediasına istinadən bildirir ki, bu gün səhər saatlarında Şuşanın yaxınlığında ermənilər daha bir insident törədiblər. Noyabrın 8-də diversiya cəhdi zamanı həlak olmuş Martik Eremyanın qardaşı Azərbaycan hərbçilərinin blok-postuna taksidə yaxınlaşıb və ora əl qumbarası atıb.

 

Bu hadisədən sonra Xankəndi-Laçın yolunu bağlanıb. Hazırda əraziyə heç kim buraxılmır.

 

Olayın təfərrüatları hələlik bəlli deyil.

 

Milli.az

Tarix: 13 Noyabr 2021, 10:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin