BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan millisi Qətərlə heç-heçə oynadı

Azərbaycan millisi növbəti oyununu keçirib.

 

Pravda.az-ın məlumatına görə, yığmamız Qətərlə yoldaşlıq oyununda qüvvəsini sınayıb.

 

Baş məşqçi Canni de Byazi 2021-ci ilin son sınağına çıxıb. Bunadək ardıcıl 4 matçda üç qol buraxmaqla uduzan millimiz Bakı Olimpiya Stadionuna müsbət nəticə ümidi ilə başlayıb.

 

Lakin italiyalı mütəxəssis üçün sonuncu ola biləcək görüşdə hesabı qonaqlar açıb. Müdafiəçilərin kobud səhvindən yararlanan asiyalılar qarşılaşmada ilk qola imza atıb.

 

Millimiz fasiləyədək hesabda tarazlıq yaradıb. Yığmada bombardirlik keyfiyyətləri ilə seçilən Emin Mahmudov penaltini dəqiq yerinə yetirib – 1:1.

 

İkinci hissədə daha bir qol vuran yarımmüdafiəçi yığmamızı hesabda önə çıxarıb. Lakin üstünlüyünü qoruya bilməyən komandamız yekunda heç-heçə ilə kifayətlənib – 2:2.

Tarix: 14 Noyabr 2021, 23:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin