BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda polis bıçaqlandı

Yevlax sakini Mingəçevirdə bıçaqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, hadisə şəhərin Samux küçəsində qeydə alınıb. Yevlax rayon sakini, 1994-cü il təvəllüdlü Ağayev Kənan Musa oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Ürək nahiyəsindən bıçaq xəsarəti alan yaralı xəstəxanaya yerləşdirilib.

 

Qeyd edək  ki, K.Ağayev mühafizə polisinin əməkdaşıdır. O, Mingəçevirdəki təhsil müəssisələrindən birinin mühafizəçisi olub.

 

Faktla bağlı araşdırma aparılır.APA

Tarix: 20 Noyabr 2019, 21:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin