BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ermənistan bilsin ki, çox keçməz, yaxın saatlarda başı əzilər”

“Rusiya sülhməramlıları və Ermənistandakı 102-ci rus bazası orda olmasaydı, Ermənistan belə addımlar atmağa risk etməzdi. Döyüşən elə müharibə vaxtı döyüşərdi. İndi kiminsə arxasında gizlənib küncdən tülkü kimi qumbara atmaq və yaxud da artilleriyadan, topdan rusun himayəsi altında istifadə etmək Ermənistana heç nə qazandırmaz”.

 

Bunu Pravda.az-a açıqlamasında hərbi məsələlər üzrə ekspert Ədalət Verdiyev  Azərbaycan-Ermənistan sərhədində son baş verənlər barədə danışarkən deyib.

 

Ədalət Verdiyev: “Ermənistanın qırıcılarını havaya qaldırmağa cürət  etməmişdi”

 

O bildirib ki, sərhəddə son baş verənlərin səbəbi erməni təxribatlarıdır: “Azərbaycan ordusu erməni təxribatlarına cavab verərək düşmənin geri çəkilməyi üçün əlindən gələni edir. Hazırda döyüşlər səngiməyib. Düşmən tərəfindən əsir götürülənlər var, düşmən silah-sursat itkisinə məruz qalıb. Təxminən 10 nəfər düşmən əsgəri yaralanıb və ya ölüb. Yaxın saatlarda düşmən tərəfinin itkilərinin artacağı istisna deyil. Ermənistan bilsin ki, çox keçməz, yaxın saatlarda başı əzilər”.

 

Nəzrin Cavid

Tarix: 16 Noyabr 2021, 17:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin