BURADA REKLAMINIZ OLA
BİLƏR

13 hərbçi əsir düşüb, 24 hərbçinin taleyi barədə heç bir məlumat yoxdur - Ermənistan itkiləri açıqladı

Ermənistanın Müdafiə Nazirliyi (MN) dünən Azərbaycan ilə sərhəddə baş vermiş hərbi toqquşma zamanı verdikləri itkilər barədə məlumat açıqlayıb.

 

Pravda.az xəbər verir ki, noyabrın 17-si səhər saatlarına olan məlumata görə, 1 hərbçi ölüb, 13 hərbçi əsir düşüb, daha 24 hərbçinin taleyi barədə heç bir məlumat yoxdur.

 

İtkin düşmüş hərbçilərin tapılması istiqamətində intensiv işlər aparılır. Məlumatda həmçinin 2 hərbi postun Azərbaycanın nəzarətinə keçdiyi qeyd olunur.

Tarix: 17 Noyabr 2021, 11:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin