BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda hərbçilərə qoyulan qadağa və məhdudiyyətlər açıqlandı

Azərbaycanda hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar qoyulan qadağalar və məhdudiyyətləri müəyyənləşir.

 

Pravda.az-ın xəbərinə görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsində əksini tapıb.

 

Qanun layihəsinə əsasən, hərbi qulluqçulara aşağıdakılar qadağandır:

 

1. Tətil etmək;

 

2. Seçkili orqanlarda vəzifə tutmaq;

 

3. Siyasi partiyalara, QHT-lərə, dini qurumlara və həmkarlar ittifaqlarına üzv olmaq;

 

4. Yığıncaqlarda, nümayişlərdə, küçə yürüşlərində və piketlərdə iştirak etmək;

 

5. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq;

 

6. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına mülki peşə, orta ixtisas və ali təhsil müəssisələrində təhsil almaq;

 

7. Daimi yaşamaq üçün xaricə getmək;

 

8. Siyasi və dini təbliğatla məşğul olmaq;

 

9. Dövlət sirrini yaymaq.

Tarix: 17 Noyabr 2021, 13:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin