BURADA REKLAMINIZ OLA
BİLƏR

Adını və ya soyadını dəyişdirmək istəyənlərin nəzərinə

 

 

 

Soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınması üçün tətbiq edilən dövlət rüsumu dəyişir.

 

Pravda.az-ın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Dəyişikliyə əsasən, dövlət rüsumu 10 manatdan 15 manata qaldırılır.

 

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Tarix: 17 Noyabr 2021, 16:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin