Reklam

Deputat: “Parlamentə yaxşı maşınlar verilsin, işçilər üçün yaşayış binası ayrılsın”

Milli Məclisin işçilərinə yaşayış binasının ayrılması təklif edilib.

 

Pravda.az-ın xəbərinə görə, bu təkliflə deputat Tahir Kərimli “Milli Məclisin 2022-ci il üçün xərclər smetası haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.

 

O bildirib ki, Milli Məclisin işçilərinə yaşayış binasının ayrılmasına köməklik edilməlidir: “Hökumətdən xahiş edirəm ki, Milli Məclisin bu məsələlərinə diqqət yetirilsin. Yaxşı maşınlar verilsin parlamentə”.

Tarix: 17 Noyabr 2021, 16:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin