BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda yeni rayon yaradılır

Prezidentin tapşırığı ilə bu yaxınlarda Bakıda mərkəzi rayonun yaradılması nəzərdə tutulur.

 

Pravda.az-ın xəbərinə görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

 

O bildirib ki,  mərkəzi rayon yaradılsa, tarixi binalara xüsusi xidmət göstəriləcək: "Bu binaların fasadlarını qoruyub saxlamaq, küçələri vahid  standartlara gətirib çıxarmaq üçün maraqlı şərait yaradılır. Bu yaxınlarda artıq qərar veriləcək".

 

E.Əzizov deyib ki, paralel olaraq Bakının mərkəzində abadlıq işləri aparılır, nəinki yeni binalar, eyni zamanda XIX əsrin sonu, XX əsrin əvvələrində neftin inkişafı nəticəsində yerli sahibkarlar tərəfindən inşa edilən tarixi binaların bərpası aparılır: "Bu proses göz qabağındadır. Mövcud olan bu cür problemlər mərkəzi rayonun yaradılması ilə aradan qalxacaq".

Tarix: 12 Fevral 2020, 11:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin