BURADA REKLAMINIZ OLA
BİLƏR

Mikayıl Cabbarovun yerinə Balakişi Qasımov seçildi

Azərbaycan Qılıncoynatma Federasiyasının hesabat-seçki konfransı keçirilib.

Pravda.az xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.

Növbədənkənar seçkidə federasiyasının prezidenti vəzifəsinə seçki keçirilib.

Tədbir iştirakçıları İcraiyyə Komitəsinin üzvü Balakişi Qasımovu 4 il müddətinə Azərbaycan Qılıncoynatma Federasiyası prezidenti vəzifəsinə seçiblər. O, bu vəzifədə Mikayıl Cabbarovu əvəzləyib.

Fikrət Zeynalov və Fərhad Kasimov vitse-prezident kimi işini davam etdirəcək. Vasif Məmmədov isə baş katib vəzifəsini icra edəcək. İcraiyyə Komitəsinin üzvləri isə Fikrət Zeynalov, Fərhad Kasimov, Vasif Məmmədov və Sadıq Sadıqov seçilib.

Tarix: 20 Noyabr 2021, 17:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin