BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabahın hava proqnozu açıqlandı

Noyabrın 24-də gözlənilən hava şəraiti açıqlanıb.

 

ETSN-dən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 7-10° isti, gündüz 12-14° isti olacaq. Bakıda gecə 7-9° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

 

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 4-8° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 7-12° isti olacaq.

Tarix: 23 Noyabr 2021, 12:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin