BURADA REKLAMINIZ OLA
BİLƏR

"Ermənistan minalanmış ərazilərin xəritələrini verməməklə hərbi cinayət törədir" - RƏY

"Ermənistan hələ də minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etmir, bu istiqamətdə heç bir qətiyyət göstərmir. Əslində isə, beynəlxalq normalara əsasən, Ermənistan həmin ərazilərdən çıxdıqdan sonra mina xəritələrini mütləq təqdim etməli idi. Vətəndaşlar və hərbçilər işğaldan azad olunmuş bütün ərazilərdə hərəkət zamanı ehtiyatlı olmalıdırlar. Ermənilər insanların gediş-gəlişi olan bütün ərazilərdə, hətta çayların, göllərin, bulaqların başında belə mina basdırıblar. Təəssüflər olsun ki, Azərbaycana təqdim edilən Ağdam rayonunun mina xəritələrinin isə yalnız bir qismi doğru idi".


Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.




Deputat bildirib ki, noyabrın 26-da Soçidə keçiriləcək üçtərəfli görüşdə, sözsüz ki, Azərbaycan Prezidenti İlham Əliyev minalanmış ərazilərin xəritələri məsələsini diqqətə çatdıracaq: "Ermənistan həmin xəritələri verməməklə hərbi cinayət törədir, çünki hələ ötən ilin noyabrın 10-da imzalanmış bəyanata əsasən də regionun təhlükəsizliyi məsələsi ön planda idi. Bəyanatda qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə silah-sursat ola bilməz, terror törədilə bilməz, ümumiyyətlə, vətəndaşların təhlükəsizliyi təmin edilməlidir. Hesab edirəm ki, Ermənistan qısa vaxtda danışıqlara gələcək, çünki buna məcburdur".


Nəzrin Cavid

Tarix: 25 Noyabr 2021, 17:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin