BURADA REKLAMINIZ OLA
BİLƏR

Pley-off mərhələsinin püşkü atıldı

2022-ci il dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb.

 

Pravda.az-ın məlumatına görə, İsveçrənin Sürix şəhərində gerçəkləşən tədbirdə pley-off cütlükləri müəyyənləşib.

 

Seçmə mərhələdə öz qrupunu 2-ci sırada başa vurmuş Türkiyə millisi C yolunda mübarizə aparacaq. "Ay-ulduzlular" yarımfinalda Portuqaliya yığması ilə qarşılaşacaq. Ştefan Kuntsun baş məşqçi olduğu kollektiv finala yüksələcəyi təqdirdə İtaliya - Şimali Makedoniya cütünün qalibini evdə qəbul edəcək.

 

DÇ-2022, pley-off mərhələsi

 

A yolu

 

Yarımfinal

 

1. Şotlandiya - Ukrayna

 

2. Uels - Avstriya

 

Final

 

2 cütünün qalibi - 1 cütünün qalibi

 

B yolu

 

Yarımfinal

 

1. Rusiya - Polşa

 

2. İsveç - Çexiya

 

Final

 

1 cütünün qalibi - 2 cütünün qalibi

 

C yolu

 

Yarımfinal

 

1. İtaliya - Şimali Makedoniya

 

2. Portuqaliya - Türkiyə

 

Final

 

2 cütünün qalibi - 1 cütünün qalibi

 

Qeyd edək ki, pley-off mərhələsində yarımfinal və final görüşlərindən sonra dünya çempionatına yollanacaq daha 3 yığma bəlli olacaq. Yarımfinal oyunları 2022-ci il 24 martda, final matçları isə 29 martda baş tutacaq.

Tarix: 26 Noyabr 2021, 20:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin