BURADA REKLAMINIZ OLA
BİLƏR

"Neftçi" "Səbail"i məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.


Pravda.az-ın məlumatınan görə, günün ikinci matçında "Neftçi" "Səbail"i qəbul edib.


"Bakcell Arena"dakı qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Ağ-qaralar"ın qolunu 52-ci dəqiqədə Vüsal Əsgərov vurub.


"Neftçi"nin heyətində sarı vərəqə görən Mert Çelik cəzalı duruma düşüb. 4-cü xəbardarlığı alan müdafiəçi XIII turda "Sumqayıt"la ev matçını buraxmalı olacaq.


Bu nəticədən sonra xallarının sayını 20-ə çatdıran hazırkı ölkə çempionu üçüncü pilləyə yüksəlib. "Dənizçilər" isə 9 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb.


Qeyd edək ki, günün ilk oyununda "Sabah" evdə "Keşlə"ni məğlub edib - 2:1. Turun digər 2 görüşü noyabrın 28-i və 29-da oynanılacaq. Müvafiq olaraq, "Sumqayıt" "Zirə"ni, "Qəbələ" isə "Qarabağ"ı qəbul edəcək.

Tarix: 27 Noyabr 2021, 20:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin