BURADA REKLAMINIZ OLA
BİLƏR

"Zirə" qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun növbəti oyunu keçirilib.

 

Pravda.az-ın məlumatına görə, "Sumqayıt" "Zirə"ni qəbul edib. FIFA referisi Rauf Cabbarovun idarə etdiyi qarşılaşma qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

 

Hesabı 14-cü dəqiqədə Təmkin Xəlilzadə açıb. O, Höccət Haqverdinin Loris Bronyoya qarşı kobud oyununa görə təyin edilmiş penaltini dəqiq yerinə yetirib.

 

30-cu dəqiqədə Qismət Alıyev çempionatın 8 qolla ən yaxşı bombardiri Davit Volkovun ötürməsini qola çevirib.

 

79-cu dəqiqədə isə Coşqun Diniyev uzaqdan dəqiq zərbə ilə matçda son nöqtəni qoyub.

 

Bu qələbə sayəsində xalını 22-yə çatdıran "Zirə" 2-ci pilləyə yüksəlib. "Sumqayıt" isə 11 xalla 6-cı pillədə qalıb.

 

Qeyd edək ki, tura noyabrın 27-də start verilib. "Sabah" "Keşlə"ni 2:1, "Neftçi" "Səbail"i 1:0 hesabı ilə yenib. Son qarşılaşma noyabrın 29-da "Qəbələ" və "Qarabağ" komandaları arasında olacaq.

Tarix: 28 Noyabr 2021, 18:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin