BURADA REKLAMINIZ OLA
BİLƏR

“Elxan Elatlı bütün kitablarının hüququnu ehtiyac üzündən hanısa bir nəşriyyata kiçik məbləğə satıb”

“Gəncə Kitab Sərgisinə Azərbaycanın ən çox oxunan yazarı Elxan Elatlı da gəlmişdi. Axşam yeməyi sırasında təsadüfən eyni masada oturduq və bu son dərəcə səmimi insanla ilk dəfə söhbət edəsi olduq. Əvvəllər mənə təkəbbürlü birisi kimi görünmüşdü, daha öncələr kitab sərgilərində rastlaşsaq da yaxından tanış olmağa maraq göstərməmişdim. Həmin axşam bu gözəl insanı söhbətə tutdum, dolayı yolla da olsa kitablarından gələn gəlirlə necə dolandığını soruşdum. Danışdıqları məni heyrətə gətirdi. Sən demə kitabları ən çox satılan yazarımız çətinliklə dolanırmış, 27 romanının heç birinin hüquqları özündə deyil, bütün kitablarının hüququnu ehtiyac üzündən hanısa bir nəşriyyata kiçik məbləğə satıb”.

 

Pravda.az xəbər verir ki, bu sözləri Rasim Qaraca tanınmış yazıçı Elxan Elatlı barəsində bildirib.

 

“İndi maddi vəziyyətini düzəltməkdən ötrü daim yeni romanlar yazmalıdır. Bir romanı yazmaqdan ötrü isə ona 1 il vaxt lazımdır. Bu nədir, taleyin ironiyasıdırmı, 27 roman yazan, minlərlə oxucusu tərəfindən sevilən yazarımız öz problemləri ilə baş-başadır və onu gerçəkdən duyan bir insan belə yoxdur...” – R.Qaraca bildirib.

Tarix: 29 Noyabr 2021, 19:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin