BURADA REKLAMINIZ OLA
BİLƏR

Lev Yaşin mükafatının qalibi müəyyənləşdi

2021-ci ilin ən yaxşı qapıçısı müəyyənləşib.

 

Pravda.az-ın məlumatına görə, “France Football”un təsis etdiyi Lev Yaşin mükafatının qalibi bəlli olub.

 

“Qızıl top”un Parisdəki təltifetmə mərasimi çərçivəsində ən yaxşı qapıçı adına PSJ-nin və İtaliya millisinin qolkiperi Canluici Donnarumma layiq görülüb.

 

Digər namizədlər Keylor Navas (PSJ), Emiliano Martines (“Aston Villa”), Manuel Noyer (“Bavariya”), Yan Oblak (“Atletiko”), Samir Handanoviç (“İnter”), Ederson (“Mançester Siti”), Kasper Şmeyxel (“Lester”), Eduard Mendi (“Çelsi”) və Tibo Kurtua (“Real”) olub.

Tarix: 30 Noyabr 2021, 00:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin