BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda ana qızına görə intihar etdi

Ağstafa rayonunda qızının xəstə olduğunu bilən ana intihar edib.

 

Pravda.az-ın xəbərinə görə, hadisə Zəlimxan kəndində baş verib.

 

Həmin kəndin sakini, 77 yaşlı Gülşən Əliyeva özünü həyətindəki yardımçı tikilidə asıb.

 

Ahıl qadının intiharına səbəb isə qızının səhhətində yaranan problemlər olub. O, övladının boğazında şiş olmasını eşidib. Bundan sonra qadın depressiyaya düşərək intihar edib. Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma aparılır.Report

Tarix: 14 Fevral 2020, 00:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin