BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda qadın qatar xəttinə yıxıldı

Bakı Metropoliteninin “Memar Əcəmi” stansiyasında qadın qatar xəttinin üzərinə düşüb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.

 

O bildirib ki, bu səbəbdən qatarların hərəkətində 10 dəqiqəlik fasilə yaranıb.

 

B. Məmmədov qeyd edib ki, qadın aidiyyəti üzrə təhvil verilib, onun şəxsiyyəti və hadisənin səbəbi araşdırılır.APA

Tarix: 14 Fevral 2020, 12:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin