BURADA REKLAMINIZ OLA
BİLƏR

Şuşada minaya düşərək həlak olan şəxslərin adları məlum oldu

Şuşada minaya düşərək həlak olan şəxslərin adları məlum olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Pravda.az-a verilən məlumata görə, mina partlaması nəticəsində həlak olanlar Qobustan rayon sakini Orxan Xanatov və İsmayıllı rayon sakini Vüsal Qəndiyevdir.

Qeyd olunub ki, onlar bu gün səhər saat 9 radələrində Şuşa şəhərinin Daşaltı kəndi ərazisində tikinti-quruculuq işləri aparan zaman minaya düşərək həlak olublar.

Faktla bağlı araşdırma aparılır.

Tarix: 9 Dekabr 2021, 13:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin