BURADA REKLAMINIZ OLA
BİLƏR

Kəlbəcər istiqamətində yenidən gərginlik yarandı - Müdafiə Nazirliyi məlumat yaydı

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində növbəti təxribata əl atıb.

 

MN-dən verilən xəbərə görə, dekabrın 9-u saat 15.00 radələrində Ermənistan hərbi bölmələri Basarkeçər rayonu istiqamətində yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonundakı mövqelərini atəşə tutub.

 

Ordumuzun bu istiqamətdə yerləşən bölmələri tərəfindən müvafiq tədbirlər görülüb.

 

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Tarix: 9 Dekabr 2021, 18:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin