BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qarabağ” uduzdu

 

 

Bu gün Konfrans Liqasında qrup mərhələsinə yekun vurulub.

 

Azərbaycan təmsilçisi “Qarabağ” H qrupunda son matçına çıxıb.

 

Qurban Qurbanovun yetirmələri İsveçrədə “Bazel”in qonağı olub. İlk iki yerdən birini öncədən təmin edən Ağdam klubu qrup qalibi olmaq üçün meydana çıxıb.

 

Qarşılaşma təmsilçimizin üstünlüyü ilə başlayıb. Artıq 1-ci dəqiqədə Abdullah Zubirin zərbəsindən sonra müdafiəçi topu qapının içindən qaytarsa da, hakim təmiz qolu saymayıb. “Qarabağ”ın ardıcıl real imkanlarına baxmayaraq, hesabı ev sahibləri açıb. Fasilədən sonra da ssenari dəyişməyib. Yenə şansları sağa-sola “xərcləyən” komandamız qapısında daha iki top görüb.

 

Nəticədə 0:3 hesabı ilə məğlub olan “Qarabağ” qrupda ikinci yeri tutaraq, pley-offa vəsiqə qazanıb. “Bazel” isə 1/8 finala yüksəlib.

 

Qeyd edək ki, qrupun digər matçında “Omoniya” ilə “Kayrat” birincilərin meydanında qolsuz bərabərə qalıb.

 

Konfrans Liqası

Qrup mərhələsi, VI tur

H qrupu, 9 dekabr

00:00. “Bazel” (İsveçrə) – “Qarabağ” (Azərbaycan) - 3:0

Qollar: Artur Kabral, 33, 74 Paytim Kasami, 62

Baş hakim: Fran Yoviç (Xorvatiya)

"Bazel": 1. Heinz Linder, 20. Fabian Frey, 6. Nasser Ciqa, 28. Raul Petretta, 22. Serxio Lopes, 7. Paytim Kasami, 20. Uoter Burqer, 35. Matias Palasios, 14. Valentin Stoker (k), 99. Edon Jeqrova, 10. Artur Kabral

Ehtiyat oyunçular: 13. Corce Nikoliç, 46. Feliks Gebhardt, 4. Eray Cömert, 5. Maykl Lanq, 8. Jordi Kintilya, 9. Sebastyano Esposito, 17. Liam Millar, 19. Darian Males, 27. Dan Ndoye, 30. Tomaş Tavares, 40. Liam Çipperfild, 96. Joelson

Baş məşqçi: Patrik Rahmen

 

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 81. Kevin Medina, 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 2. Qara Qarayev, 6. Patrik Andrade, 19. Filip Ozobiç, 10. Abdullah Zubir, 20. Kadi Borqes, 25. İbrahima Vadji

Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev

Baş məşqçi: Qurban Qurbanov

Bazel. “Sent Yakobs Park”

Tarix: 10 Dekabr 2021, 02:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin