BURADA REKLAMINIZ OLA
BİLƏR

“Gorus-Qafan məntəqəsindən 2 milyon manata yaxın rüsum toplanıb”

"İki aya yaxındır Gorus-Qafan yolunda Dövlət Gömrük Komitəsinin müvafiq postu yaradılıb. Digər sərhəd-keçid məntəqələrimizdə olan beynəlxalq səviyyədə tanınmış Azərbaycan Respublikasının sərhədlərinə daxil olan vətəndaşlar, nəqliyyat vasitələri, yüngül nəqliyyat vasitələri necə vergilərə tabe tutulursa, Gorus-Qafan yolunda Azərbaycan ərazisinə daxil olan xarici avtonəqliyyat vasitələri və vətəndaşlar o qaydada qeydiyyatdan keçir və gömrük rüsumunu ödəyərək ölkə ərazisinə daxil olurlar".

Pravda.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib.

Qarşı tərəfin də bu cür addım atacağı məsələsinə şərh olaraq DGK sədri bildirib ki, onların hansıda adım atıb-atmayacağını deyə bilmərik:

"Ora Azərbaycan Respublikasının ərazisidir. Bizim nəqliyyat vasitələri qarşı tərəfə daxil olarkən nə edəcəkləri barədə düşünmələri onların işidir. Bu günə qədər Gorus-Qafan yolundan dövlət büdcəsinə 2 milyon manata yaxın vəsait toplanıb".

Tarix: 12 Dekabr 2021, 12:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin