BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezidentin “Qarabağ”ın futbolçuları ilə səmimi söhbəti - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Qarabağ” klubunu qəbul edib.



Pravda.az-ın məlumatına görə, ölkə başçısının klub üzvləri ilə səmimi görüşü və söhbəti sosial şəbəkələrdə müsbət qarşılanıb.



Dövlət başçısı komandanın braziliyalı legioneri Riçard Almeydanın 2014-cü ildə “İnter”ə vurduğu qolu xatırlayıb: “O qolu sən vurmuşdun deyəsən “İnter”ə, saymadılar”.



Daha sonra İlham Əliyev Kadi Borxeslə də söhbətləşib: “Sən də qol vurmusan, saymayıblar”.



Prezident komandanın qapıçısı Şahruddin Məhəmmədəliyevi oyununu müsbət dəyərləndirib: “Sən yaxşı qapıçısan, cəsarətlisən”.  

 


Tarix: 13 Dekabr 2021, 17:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin